• Bakı 18° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Fələstin üçün dövlətçilik mükafat deyil, hüquqdur - Quterreş

DÜNYA

23 Sentyabr 2025 | 02:00

Fələstin üçün dövlətçilik mükafat deyil, hüquqdur - Quterreş

Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur və bunu inkar etmək bütün dünyadakı ekstremistlərə hədiyyə olardı.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib

BMT-nin baş katibi mövcud vəziyyəti dözülməz adlandıraraq, yeganə həll yolunun iki dövlətli nizamlanma olduğunu vurğulayıb.

Onun sözlərinə görə, hər iki dövlət üçün paytaxtı Qüds olmaqla, 1967-ci ildən əvvəlki sərhədlər daxilində müstəqil, suveren və demokratik Fələstin Dövləti yaradılmalıdır: "İki dövlət olmasa, Yaxın Şərqdə sülh olmayacaq, radikalizm bütün dünyaya yayılacaq".

Quterreş, həmçinin dərhal və daimi atəşkəs, bütün girovların qeyd-şərtsiz azad edilməsi və humanitar yardımların tam təmin edilməsi çağırışını təkrarlayıb.

O vurğulayıb ki, heç bir şey Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına və ya hər hansı formada etnik təmizləməyə haqq qazandıra bilməz./Report


SON XƏBƏRLƏR

22 Sentyabr 2025