• Bakı 17° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Tbilisidə 20-yə yaxın etirazçı saxlanılıb

DÜNYA

22 Oktyabr 2025 | 22:46

Tbilisidə 20-yə yaxın etirazçı saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisidə 20-yə yaxın etirazçı qanun çərçivəsində saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Patrul polisinin qanunsuz hərəkətlərin yolverilməzliyi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, etirazçılar Rustaveli prospektində yolun hərəkət hissəsini qanuni əsas olmadan bağlayıblar", - məlumatda deyilir.

Bundan başqa, patrul maşınına minən gənc qadın avtoxuliqanlıq ittihamı ilə polis tərəfindən saxlanılıb.

Nazirlik bir daha etirazçıları yolu qanunsuz bağlamamağa və cinayət əməllərinə yol verməməyə çağırıb.


SON XƏBƏRLƏR

22 Oktyabr 2025