• Bakı 21° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Ərdoğan Trampla "F-35" və "F-16"ların tədarükünü müzakirə edəcək

DÜNYA

23 Sentyabr 2025 | 09:27

Ərdoğan Trampla F-35 və F-16ların tədarükünü müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla "F-35" və "F-16" qırıcılarının tədarükünü müzakirə etməyi planlaşdırdığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Fox News"a müsahibəsində deyib.

"Əvvəlki səlahiyyət müddətində cənab Trampa bu sual verildikdə o, Türkiyənin F-35-lər üçün pul ödədiyini, lakin heç vaxt almadığını cavablandırmışdı. İndi biz bu məsələni yenidən müzakirə edəcəyik. Biz ABŞ-dən həm "F-35"lər, həm də "F-16"lar, onların istehsalı, saxlanması və s. ilə bağlı lazım olanı etməyi gözləyirik".

Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə raket sistemləri aldıqdan sonra F-35 inkişaf proqramından çıxarılıb. Türkiyə bu qırıcılar üçün bəzi komponentlər, gövdə elementləri və bəzi sistemlər istehsal edib. ABŞ Türkiyənin proqrama qayıtmasının yalnız S-400-dən imtina etməsi ilə mümkün olacağını bəyan edib.


SON XƏBƏRLƏR

22 Sentyabr 2025