• Bakı 26° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

72 yaşlı kişi dənizdə boğuldu

HADİSƏ

24 Avqust 2025 | 21:06

72 yaşlı kişi dənizdə boğuldu

Astarada 72 yaşlı kişi dənizdə boğulub.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, boğulma hadisəsi rayonun Xəzər dənizi sahilində yerləşən Qamışoba kəndi ərazisində baş verib.

Belə ki, dənizdə istirahət edənlər sahildə meyit aşkar ediblər. Yaxınlıqda olanlar boğulan şəxsin Bala Şahağac kənd sakini 1953-cü il təvəllüdlü Xudaverdi Ağarza oğlu Məmmədov olduğunu təsdiq ediblər. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər. Müəyyən edilib ki, boğulan şəxs fiziki qüsurlu (lal və kar) olub. O, vaxtaşırı dəniz havası almaq üçün bu əraziyə gəlirmiş.

Ehtimal edilir ki, mərhum suda olarkən ürəktutması keçirib və suya yıxılıb. Bundan sonra ləpələr onu sahilboyu isiqamətində hərəkət etdirib. Onun şəxsi əşyaları tapıldığı ərazidən təxminən 100 metr aralıda müəyyən edilərək götürülüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

24 Avqust 2025