• Bakı 19° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

İsmayıllıda avtomobil aşdı - Ölən var

HADİSƏ

23 Sentyabr 2025 | 19:01

İsmayıllıda avtomobil aşdı - Ölən var

İsmayıllıda avtomobil idarəetmədən çıxaraq aşıb, sürücü ölüb.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kürdeldarbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gideyli kəndi istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan isə bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.


SON XƏBƏRLƏR