• Bakı 18° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Xaçmazda avtomobildə doğulan körpə öldü - YENİLƏNİB

HADİSƏ

23 Oktyabr 2025 | 13:58

Xaçmazda avtomobildə doğulan körpə öldü - YENİLƏNİB

Oktyabrın 23-də saat 11:00 radələrində 1985-ci il təvəllüdlü (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib.

    Hazırda pasientin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

    ***

    13:32

    Xaçmaz rayonunda avtomobildə yeni doğulan körpə ölüb.

    Bakıvaxtı.az xəbər verir ki, Xaçmaz rayon sakini 1985-ci il təvəllüdlü X.A-ova doğuş üçün rayon mərkəzi xəstəxanasına aparılan zaman, ərazidən keçən Dəmir Yolu xətti təmirə bağlandığına görə, avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.

    Nəticədə "VAZ-21010" markalı nəqliyyat vasitəsində doğuş baş verib. Yeni doğulan körpənin həyatını xilas etmək olmayıb.

    X.A-ova isə Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR