Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib.
Bakıvaxtı.az xəbər verir ki, DİN-in Gəncə regional qrupundan apa-ya verilən məlumata görə, axil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdə törədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.