22.10.2025-ci il tarixində saat 21:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Çağırış ünvanında tibbi xidmətə ehtiyac yaranmayıb.
Mina Mikayılova
***
22.10.2025. 23:33
Paytaxtın Bakıxanov qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, "Hyundai iX35", "BMW X5" və "Ford" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində "Ford" markalı nəqliyyat vasitəsi aşıb.
Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Qəzanın səbəbləri araşdırılır./Report
















