• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Cəlilabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

HADİSƏ

23 Oktyabr 2025 | 10:26 | Müəllif: Əli Hüseynov

Cəlilabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bu gün saat 03:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

2007-ci il təvəllüldü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 4 şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri kafi olaraq qiymətləndirilir.

***

10:16

Cəlilabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

"Nissan X-Trail" markalı avtomobil sərt döngədən eniş edərkən aşıb. İlkin məlumata görə, avtomobildə olan 5 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026