Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd olunub ki, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina hadisəsi baş verib.
Məlumata görə, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***18:51
Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ağdam rayonun Mirəşelli kəndinin keçmiş neytral sahəsində baş verib.
Hazırda aidiyyəti qurumlar hadisə yerinə cəlb olunaraq onun nəşinin ərazidən çıxarılmasına çalışırlar.