• Bakı 19° C

    3.17 m/s

Çinin kurort adasında 20 mindən çox insan təxliyə edilib

DÜNYA

24 Avqust 2025 | 16:03 | Müəllif: Gülşən Şərif

Çinin kurort adasında 20 mindən çox insan təxliyə edilib

 Çinin Haynan kurort adasının səlahiyyətliləri cənub sahillərinə yaxınlaşan "Kadziki" tropik qasırğası səbəbindən 20 min insanı təxliyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, adada müəssisələr bağlanıb, ictimai nəqliyyatın hərəkəti dayandırılıb. 30 mindən çox balıqçı gəmisi limana qayıdıb və 2 800-dən çox xilasedici təcili yardım göstərməyə hazırdır.

Səhər saatlarına olan məlumata görə, küləyin sürəti 38 m/s-ə çatıb. Siklon Sanyadan təxminən 210 km cənub-şərqdə yerləşib.

Sinoptiklərin fikrincə, fırtına bazar günü günorta və ya axşam Haynanı vuracaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026