Saatlıda qəza zamanı toqquşan iki avtomobil yanıb.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Soltanabad kəndində baş verib.
Kənd ərazisində hərəkətdə olan iki “VAZ” markalı avtomobil ötmə əməliyyatı edərkən toqquşub. Zərbənin təsirindən avtomobilin birində baş verən yanğın digər avtomobilin də yanmasına səbəb olub.
Qəza zamanı hər iki avtomobil yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.