Lənkəranda 45 yaşlı qadın binadan yıxılaraq öldü.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Vel kəndində qeydə alınıb.
Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Tünzalə Hidayət qızı Ələkbərova istirahət məqsədilə tanışının evinə qonaq gəlib. 3 uşaq anası olan qadın evin balkonunda durarkən məhəccərə söykənib. Bu zaman məhəccər qoparaq qadının binadan aşağı yıxılmasına səbəb olub.
Aldığı ağır baş xəsarətlərindən T.Ələkbərova hadisə yerində dünyasını dəyişib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.