• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Şagirdləri daşıyan avtobus qəzaya uğradı: ölən və yaralananlar var

DÜNYA

24 Avqust 2025 | 11:43

Şagirdləri daşıyan avtobus qəzaya uğradı: ölən və yaralananlar var

 Türkiyənin Mersin vilayətində şagirdləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər ölüb, on nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Erdemli rayonunda qeydə alınıb.

Ölənlərdən biri uşaqdır.

Hadisə yerinə polis, təcili tibbi yardım, jandarm əməkdaşları göndərilib.

Yaralılar təcili tibbi yardım maşını ilə yerli xəstəxanalara çatdırılıb.

Məlumata görə, hadisəyə səbəb avtobus sürücüsünün sükan arxasında yuxulaması olub.


SON XƏBƏRLƏR

23 Avqust 2025