• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Aleyna Kalaycıoğlu ömürlük həbs oluna bilər

ŞOU

25 Aprel 2026 | 00:44 | Müəllif: Subhan Mahmudov

Aleyna Kalaycıoğlu ömürlük həbs oluna bilər

Türkiyənin Ümraniyə rayonunda silahlı hücum nəticəsində həyatını itirən futbolçu Kubilay Kaan Kundaqçı cinayəti ilə bağlı yeni mərhələyə keçilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə üzrə iddianamə hazırlanaraq məhkəməyə təqdim olunub.

İddianaməyə əsasən, Aleyna Kalaycıoğlu barəsində “qəsdən adam öldürməyə təhrik etmə” maddəsi ilə mühakimə olunması istənilib və ona ömürlük həbs cəzası tələb edilib.

Cinayəti törədən Alaattin Kadayifçıoğlu üçün də ömürlük həbs cəzası istənilir.

Bundan əlavə, müğənni İzzet Yıldızhan haqqında isə “cinayətkarı gizlətmə” maddəsi ilə 6 aydan 5 ilədək azadlıqdan məhrumetmə cəzası tələb olunub.

Qeyd edək ki, Canbay ifadəsində hücumun keçmiş sevgilisi Aleyna tərəfindən təşkil olunduğunu iddia edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026