• Bakı 25° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

ABŞ Pakistandakı danışıqlarda iştirak etməyəcək

DÜNYA

24 Aprel 2026 | 21:04 | Müəllif: Subhan Mahmudov

ABŞ Pakistandakı danışıqlarda iştirak etməyəcək

İran nümayəndələri aprelin 24-də Pakistan tərəfi ilə danışıqlar apara bilər, lakin ABŞ bu görüşdə iştirak etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN amerikalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İslamabadda ümid edirlər ki, bu görüş ABŞ və İran arasında danışıqların ikinci raunduna gətirib çıxaracaq.

Bundan əvvəl "Geo TV" telekanalı mənbələrə istinadən bildirmişdi ki, İranın xarici işlər naziri Abbas Əraqçının rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də İslamabada gələrək ABŞ ilə danışıqları bərpa edə bilər.

Daha sonra IRNA məlumat yayıb ki, Əraqçı cümə günü səfərə çıxaraq Pakistan, Oman və Rusiyanı ziyarət edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026