Aprelin 23-də Bakı şəhəri 80 nömrəli tam orta ümumtəhsil məktəbində XI sinif şagirdlərindən biri digərinə yüngül xəsarət yetirib.
Bakıvaxtı.az Bakuplus.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər. Qeyd edilib ki, məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib.
Qeyd edilib ki, məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb: "Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".
Bakı 




