• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

G7 nazirləri Ukraynanın Müstəqillik Günündə onlayn görüş keçirəcək

DÜNYA

24 Avqust 2025 | 17:06

G7 nazirləri Ukraynanın Müstəqillik Günündə onlayn görüş keçirəcək

G7-nin xarici işlər nazirləri avqustun 24-də Ukraynanın Müstəqillik Günündə onlayn görüş keçirəcək.

Bakıvaxtı.az xəbər vrir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin rəhbəri Antonio Tayani sülh və suverenliyə hörmət yolunda Ukraynaya hərtərəfli dəstəyi təsdiqləyib. O, həmçinin İtaliya Xarici İşlər Nazirliyinin fasadının Ukrayna bayrağının rənglərində işıqlandırılmasını tapşırıb.

Bildirilir ki, nazir “Böyük Yeddiliy”ə sədrlik edən Kanadanın çağırdığı virtual G7 toplantısında iştirak edəcək.

G7 ölkələri liderlərin avqustun 18-də Vaşinqtonda keçirilmiş görüşünün nəticələrini yekunlaşdıracaq və Ukraynada sülhün bərqərar olması perspektivlərini müzakirə edəcək.


SON XƏBƏRLƏR

23 Avqust 2025