• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib

SİYASƏT

24 Avqust 2025 | 19:23 | Müəllif: Əli Hüseynov

Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Mən Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukraynaya və Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirirəm. Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana səmimi minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik", - paylaşımda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026