• Bakı 21° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Rusiya-Ukrayna münaqişəsi:  Avropanın müharibəyə qoşulmaq ehtimalı artıb

SİYASƏT

23 Sentyabr 2025 | 12:40

Rusiya-Ukrayna münaqişəsi:  Avropanın müharibəyə qoşulmaq ehtimalı artıb

Ötən gün axşam saatlarından başlayaraq Ukrayna ordusu Moskvaya PUA hücumu həyata keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə,  Moskva meri Sergey Sobyanin bildirib ki, Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Rusiya paytaxtına  hücum edən pilotsuz uçuş aparatlarının hücumunu dəf edir. PUA hücumu ilə əlaqədar paytaxtın səması bağlanıb, Moskva aeroportlarında “Xalça planı” elan edilib. Sobyanin PUA hücumunun bu gün də davam etdiyini açıqlayıb.

Rusiyaya PUA hücumunun mümkün səbəbləri ilə bağlı siyasi şərhçi Kənan Novruzov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, sözügedən hücum Ukrayna münaqişəsinin bitməsinə əngəl yaratmaq istəyən qüvvələrin dəstəyi ilə həyata keçirilir:

"Moskvaya PUA hücumu həyata keçirmək asan məsələ deyil. Bu hücum ABŞ-nin iştirakı ilə Rusiya-Ukrayna arasında danışıqlar prosesinin başlanmasına ümidin yarandığı bir vaxtda baş verdi. PUA hücumu Avropanın dəstəyi ilə mümkün danışıqların və buzların əriməsinin qarşısını almaq üçün həyata keçirildi. Ukrayna münaqişəsində toqquşan maraqlar həddindən artıq çoxdur. Bu isə suların durulmasına deyil, daha çox bulanmasına səbəb olur. O cümlədən, müharibənin daha da genişlənməsi ehtimalını artırır".

Kənan Novruzov:  Avropa ölkələrindən hansısa biri Ukrayna münaqişəsinin aktiv iştirakçısına çevriləcək

Siyasi şərhçi vurğulayıb ki, müharibənin bitməsini istəməyən qüvvələr bilərəkdən əlavə əngəllər yaradırlar.

Müsahibimiz qeyd edib ki, Rusiyanın PUA hücumuna adekvat cavab verəcəyi gözləniləndir. Onun fikrincə, nəticədə gərginlik daha da alovlanacaq, Ukrayna hansısa qisas barədə danışacaq.

“Görünən odur ki, Avropanın müharibəyə qoşulmaq ehtimalı artıb. Yəni, Avropa ölkələrindən hansısa biri Ukrayna münaqişəsinin aktiv iştirakçısına çevriləcək", - Kənan Novruzov əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

22 Sentyabr 2025