Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Azərbaycana səfər edəcək.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, sədr Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə Bakıya oktyabrın 29-da gələcək.
Səfər çərçivəsində onun həmin gün Milli Məclisin keçirəcəyi Azərbaycan Konstitusiyanın 30-cu ildönümünə həsr olunan beynəlxalq konfransda iştirakı nəzərdə tutulub.