• Bakı 17° C

    6.97 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Azərbaycanda sosial sığorta haqqının ödənilməsinə dair dəyişiklik müzakirə mərhələsindədir - RƏSMİ

İQTİSADİYYAT

23 Oktyabr 2025 | 09:45

Azərbaycanda sosial sığorta haqqının ödənilməsinə dair dəyişiklik müzakirə mərhələsindədir - RƏSMİ

Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanların aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulmasına dair dəyişiklik müzakirə mərhələsindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

"Qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik olduğu halda ictimaiyyətə məlumat veriləcək", - deyə Fonddan qeyd olunub.

2019-cu il yanvarın 1-dən 7 il müddətinə sözügedən kateroyaya aid şəxslərin aylıq gəliri 200 manata qədər olduqda məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın gəlirindən 3 %, sığortaedənin vəsaitindən 22 %z, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 %-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 %-i qədər sosial sığorta haqqı tutulur.

Xatırladaq ki, Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə güzəştin müddəti artırılmayıb.

Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3 %-i qədər vergi ödəyəcək. Bu nisbət 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % olacaq.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.

Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi 2026-cı ilin büdcə zərfinə daxildir və Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Bu qayda qanun layihəsini Prezident İlham Əliyev təsdiq etdiyi halda qüvvəyə minə bilər.


SON XƏBƏRLƏR

22 Oktyabr 2025