• Bakı 17° C

    6.97 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Dövlət qeydiyyatına hansı dərmanlar alınır?

CƏMİYYƏT

23 Oktyabr 2025 | 10:07

Dövlət qeydiyyatına hansı dərmanlar alınır?

“Azərbaycanda patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyəyə daxil edilmiş dərman vasitələri, yəni orijinal dərman vasitələri qeydiyyata alınır”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin qeydiyyatı-ekspertiza şöbəsinin müdir müavini Azər Həsənov Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində səsləndirib. 

Onun sözlərinə görə, generiklər - orijinal dərman vasitələrinə müstəsna patent hüquqlarının müddəti bitdikdən sonra digər istehsalçılar tərəfindən həmin tərkibdə, dozada və formada istehsal edilmiş dərman vasitələrinin analoqları da dövlət qeydiyyatına alınır:

“Həmçinin, bu siyahıya dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yeni kombinasiyalarının, dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələrinin, eləcə də dərman maddələri daxildir. Bütün bu sadalananlar “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3.-cü maddəsi ilə tənzimlənir”.  


SON XƏBƏRLƏR

22 Oktyabr 2025