• Bakı 18° C

    6.97 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Estoniya şirkətlərinin Qarabağdakı layihələrdə iştirak imkanlarına baxılıb

İQTİSADİYYAT

23 Oktyabr 2025 | 11:18

Estoniya şirkətlərinin Qarabağdakı layihələrdə iştirak imkanlarına baxılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən bildirilib.

    Görüşdə qeyd edilib ki, Estoniya ilə iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Bu ilin yanvar-sentyabr ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb. İnvestisiya üzrə işbirliyi də bu ölkə ilə iqtisadi münasibətlərdə önəmli istiqamətlərdəndir. Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 65-dək Estoniya şirkəti qeydiyyatdadır. İkitərəfli əməkdaşlıqda enerji, o cümlədən alternativ enerji, nəqliyyat, İKT, əczaçılıq və digər istiqamətlərdə birgə fəaliyyətin gücləndirilməsi imkanları qeyd olunub.

    Tərəflər biznes, ticarət və investisiya əlaqələrinin inkişafı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrə Estoniya şirkətlərinin iştirak etməsi, özəl sektorda rəqəmsal həllərin tətbiqi sahəsində təcrübə və bilik mübadiləsi imkanlarını dəyərləndiriblər.


    SON XƏBƏRLƏR

    22 Oktyabr 2025