• Bakı 18° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb

İDMAN

23 Oktyabr 2025 | 13:02

İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb

8–10 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, İslamiadanın yerli təşkilat komitəsi tərəfindən iştirakçı ölkələrə 5 kişi və 7 qadın cüdoçu üçün kvota ayrılıb. Turnirdə Azərbaycanı performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 12 idmançı təmsil edəcək.

Heyət seçimində qarışıq komanda yarışında zədə və digər hallar səbəbilə ehtiyat idmançıların olması xüsusi diqqətdə saxlanılıb. Təəssüf ki, təşkilatçılar tərəfindən tətbiq edilən kvota məhdudiyyətinə görə millimiz Oyunlarda tam heyətlə çıxış edə bilməyəcək.

Cüdo yarışlarında 30-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.

Milli komandanın heyəti:

Kişilər

-66 kq: Ruslan Paşayev

-73 kq: Hidayət Heydərov

-90 kq: Elcan Hacıyev

-100 kq: Zelim Kotsoyev

+100 kq: Uşanqi Kokauri

Qadınlar

-48 kq: Könül Əliyeva

-52 kq: Aydan Vəliyeva, Gültac Məmmədəliyeva

-57 kq: Fidan Əlizadə

-70 kq: Südabə Ağayeva, Aytac Qardaşxanlı

-78 kq: Günel Həsənli


SON XƏBƏRLƏR