• Bakı 18° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Belçika Rusiya aktivlərinin müsadirəsini əngəlləyə bilər

DÜNYA

23 Oktyabr 2025 | 13:07

Belçika Rusiya aktivlərinin müsadirəsini əngəlləyə bilər

Aİ üzvləri bütün mövcud riskləri bölüşməsə, Belçika Avropa İttifaqının Rusiya aktivlərinin müsadirə edilməsi qərarını bloklayacaq.

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Bart De Vever deyib.

O, həmçinin bildirib ki, İkinci Dünya Müharibəsi zamanı da suveren aktivlər müsadirə olunmayıb.

 "Mən risklərin tam şəkildə paylaşılmasını istəyirəm. Çünki bu, böyük riskdir. Ona görə də belə bir addım atmaq istəyirsinizsə, Aİ ölkələri bunu birlikdə etməli olacaqlar. Birliyə nail olmaq mümkün olmasa, Belçika bu qərarı dayandırmaq üçün milli, siyasi və hüquqi səviyyədə hər şeyi edəcək", - deyə baş nazir vurğulayıb.

Məlum olduğu kimi, Rusiyanın Avropada dondurulmuş suveren aktivlərinin əksəriyyəti - 200 milyard avrodan bir qədər çoxu Belçikadakı Euroclear platformasında bloklanıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR