• Bakı 18° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

"Atletik"in futbolçusu: "Qarabağ" çox yaxşı mübarizə aparan komandadır"

İDMAN

23 Oktyabr 2025 | 12:07

Atletikin futbolçusu: Qarabağ çox yaxşı mübarizə aparan komandadır

"Qarabağ" çox yaxşı mübarizə aparan komandadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniyanın "Atletik" klubunun futbolçusu Robert Navarro UEFA-nın saytına açıqlama verib.

O, Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan komandasına qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb:

"Onlar tanınmayan liqada oynayırlar. Buna baxmayaraq, çox əla mübarizə aparan komandadır. Daha əvvəl "Benfika" və "Kopenhagen"i məğlub ediblər. Biz bu qarşılaşmada bir az əziyyət çəkdik. Amma üç xal qazandığımız üçün xoşbəxtik".

Qeyd edək ki, görüş Bilbao təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


SON XƏBƏRLƏR