• Bakı 17° C

    6.97 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

"Çelsi" "Qarabağ"la oyundan əvvəl Çempionlar Liqasının tarixinə düşüb

İDMAN

23 Oktyabr 2025 | 09:52

Çelsi Qarabağla oyundan əvvəl Çempionlar Liqasının tarixinə düşüb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi İngiltərənin "Çelsi" klubu turnirin tarixinə düşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, "zadəganlar" buna III turda Niderland təmsilçisi "Ayaks"ı məğlub etdikləri (5:1) matçda nail olub.

London komandasının üç gənc futbolçusu (U-20) sözügedən qarşılaşmada fərqlənib. 19 yaşlı Mark Qiu ilə Tayrik Corc və 18 yaşlı Estevao rəqib qapısına yol tapıblar.

"Çelsi" Çempionlar Liqası tarixində bir oyunda üç gənc oyunçusu fərqlənən ilk komandadır.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Bakıda keçiriləcək.


SON XƏBƏRLƏR

22 Oktyabr 2025