Bu ilin yanvar-avqust aylarında Azərbaycan 645,3 min ABŞ dolları dəyərində 1 045 ton yemiş ixrac edib.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 5,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 313,75 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çox) 414,2 ton (+3 dəfə), Gürcüstana 256,4 min ABŞ dolları dəyərində 515,9 ton, Ukraynaya 66,6 min ABŞ dolları dəyərində 113,9 ton və Səudiyyə Ərəbistanına 8,5 min ABŞ dolları dəyərində (-87 %) 1 ton (-83 %) məhsul satıb.
Azərbaycan 1 il 10 aylıq aradan sonra Gürcüstana, 1 il 9 aylıq fasilənin ardından isə Ukraynaya yemiş tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 195 ton yemişin 71 %-i Rusiyanın payına düşüb.