Kişi voleybolçulardan ibarət "Azerreyl" klubu Çempionlar Liqasında bu gün mübarizəyə başlayır.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyanın "Radniçki" kollektivi ilə üz-üzə gələcək.
İlk qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək və saat 19:00-da start götürəcək.
Qeyd edək ki, cavab oyunu oktyabrın 29-da baş tutacaq.