• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb

İDMAN

23 Oktyabr 2025 | 10:45 | Müəllif: Əli Hüseynov

Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb

Azərbaycanın futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında iş başında olacaq.

K.Əmiraslanov oktyabrın 29-da "Benfika" (Portuqaliya) – "Loznica-Grad 2018" (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq "Riqa" (Latviya) - "Luxol St.Andreus" (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.

FIFA referisi oktyabrın 30-da keçiriləcək "Luxol St.Andreus" - "Loznica-Grad 2018" qarşılaşmasında isə birinci hakim olacaq.

Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026