Avropa İttifaqının (Aİ) təsdiqlədiyi 19-cu sanksiya paketi çərçivəsində Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) idxalına qısamüddətli müqavilələr üçün 6 ay ərzində və uzunmüddətli müqavilələr üçün 1 yanvar 2027-ci ildən etibarən qadağa qoyulması nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Sanksiya siyahısına "kölgə donanması"nın daha 117 tankeri daxil edilib, bununla da sanksiya altında olan gəmilərin ümumi sayı 558-ə çatır.
"Maliyyə" blokuna qarşı məhdudlaşdırıcı tədbirlər aşağıdakıları əhatə edir: Rusiya tərəfindən istifadə olunan təyyarə və gəmilərin üçüncü ölkəyə satıldıqdan sonra ilk 5 il ərzində sığortalanmasının qadağan edilməsi; beş Rusiya bankı ilə əməliyyatlara tam qadağa qoyulması və elektron ödəniş sistemlərinə, xüsusilə "Mir" sisteminə mövcud qadağanın, eləcə də Belarus və Qazaxıstandakı daha dörd banka qarşı sanksiyaların genişləndirilməsi.
***
10:28
Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmən təsdiqləyib.
Bakıvaxtı.az Reuters-ə istinadən xəbər verir ki, Aİ ölkələri Ukraynaya qarşı apardığı müharibəyə görə Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib.
Bu paketə Rusiyanın mayeləşdirilmiş təbii qazının idxalına qadağa daxildir.