• Bakı 18° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

ARDNF investisiya portfelində qısamüddətli istiqrazların payını artırıb

İQTİSADİYYAT

23 Oktyabr 2025 | 11:55

ARDNF investisiya portfelində qısamüddətli istiqrazların payını artırıb

Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) istiqrazlar və digər pul bazarına yatırdığı investisiyaların 14,4 %-i 1 ilə qədər müddətə olan alətlərə yerləşdirib.

Bu barədə Bakıvaxtı.az Fonda istinadən xəbər verir.

İnvestisiyaların 27,7 %-i 1 ildən 3 ilə qədər, 30,5 %-i 3 ildən 5 ilə qədər, 27,4 %-i isə 5 ildən artıq müddətə olan alətlərə yatırılıb.

Fondun investisiya portfelində 2024-cü ilin oktyabrın 1-nə olan göstəriciləri ilə müqayisədə 1 ilə qədər müddətə olan alətlərin payı 1,3 faiz bəndi artıb.

Eyni zamanda, 1 ildən 3 ilə qədər müddətə olan alətlərin payı 1,6 %, 3 ildən 5 ilə qədər müddətə olan – 4,2 faiz bəndi artıb.

Portfeldə ildən artıq müddətə olan alətlərin payı 31,3 %-dən 27,4 %-ədək artıb.


SON XƏBƏRLƏR