2026-cı ildə İcbari Tibbi Sığorta Fondunun (İTSF) büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (2025-ci illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, xərclərin 1 milyard 976 milyon manatının İTSF-nin gəlirlərinin (23,2 % az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5 % çox) hesabına qarşılanması nəzərdə tutulur.
Xatırladaq ki, 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İcbari Tibbi Sığorta Fonduna ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.