• Bakı 18° C

    6.97 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Neft Fondunun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsü açıqlanıb

İQTİSADİYYAT

23 Oktyabr 2025 | 11:19

Neft Fondunun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsü açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 sentyabr 2025-ci il tarixinə investisiya portfelinin 67,8%-ni ABŞ dolları təşkil edib, bu da ilin əvvəlinə olan göstərici (31.12.2024 tarixinə - 66,5%) ilə müqayisədə illik müqayisədə 1,3 faiz bəndi artım deməkdir.

Bakıvaxtı.az-ın Neft Fondunun cari ilin 9 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2025-ci il 30 sentyabr tarixinə avro ARDNF-in investisiya portfelinin 20%-ni, funt sterlinq 4,9%-ni, Çin yuanı – 2,3%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 3,6%-ni təşkil edib.

    Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 70 160 mln. dollara çatıb, bu da ilin əvvəlinə olan göstərici ilə müqayisədə 16,9% artım deməkdir.

    Belə ki, Fondun investisiya portfelinda valyutalar aşağıdakı ardıcıllıqda qərarlaşıb:

    - ABŞ dolları: $47 589 mln.

    - Avro: €11 987,8 mln.

    - İngilis funt sterlinq: £2 554,7 mln.

    - Çin yuanı: CNY 11 379,6 mln.

    - Yapon yeni: JPY 140 351,9 mln.

    - Digər valyutalar: $2 533,9 mln.

    Məlumata görə, Fondun ABŞ dolları portfelinin 22 982,9 mln. dollarlıq hissəsini (32,8%) qızıl investisiyaları təşkil edib.


    SON XƏBƏRLƏR