• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Zelenski: Ukrayna ərazi güzəştlərinə getməyəcək

SİYASƏT

23 Oktyabr 2025 | 14:35

Zelenski: Ukrayna ərazi güzəştlərinə getməyəcək

Ukrayna prezidenti Vlodomir Zelenski Rusiyaya istənilən ərazi güzəştinin qəti əleyhinədir. 

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə Avropa Şurasının sammitində bildirib. 

O, jurnalistlərlə görüşü zamanı heç bir ərazi güzəştinin olmadığını qeyd edib.

Zelenski Ukraynada atəşkəsin mümkün olduğu fikrini ifadə edib, lakin Rusiyaya təzyiqi artırmaq lazımdır:

"Atəşkəs mümkündür. Düşünürəm ki, hər birimiz bunu istəyirik. Amma Rusiyaya daha çox təzyiq lazımdır. Biz atəşkəs üzrə danışıqlara hazırıq. Biz istənilən formata hazırıq. Lakin danışıqlar həlledicidir, bizə ədalətli və davamlı sülh lazımdır", - Ukrayna prezidenti vurğulayıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR