Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 24,9 %-i "AAA" reytinqli olub.
Bu barədə Bakıvaxtı.az Fonda istinadən xəbər verir. Bu, 2024-cü ilin oktyabrın 1-nə nisbətən 34 faiz bəndi azdır.
Məlumata görə, ARDNF "AA" reytinqli alətlərin xüsusi çəkisini 20 %-dan 36,7 %-ə, "A" reytinqli alətlərin xüsusi çəkisini isə 12,9 %-dən 24,1 %-ə qaldırıb.
Hesabat dövründə Fondun investisiya portfelində "BBB" reytinqli alətlərin payı artaraq 7,9 %-dən 13,6 %-də çatıb. Qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 0,3 %-dən 0,7 %-ə artıb.
Bakı 


