Bu ilin sentyabrın sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 34,7 % təşkil edib.
Bu barədə Bakıvaxtı.az Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin ilk üç rübü ilə müqayisədə 15,7 faiz bəndi azdır.
Əvəzində ARDNF investisiya portfelində səhmlərin payını 26,2 %-dan 25,8 %-ə azalıb.
Qızılın payı 17,7 %-dən 32,8 %-ədək artıb, daşınmaz əmlakın payı isə 5,7 %-dan 6,7 %-ə qalxıb.