• Bakı 17° C

    6.97 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Beynəlxalq səyyahlar Şuşanın mərkəzi meydanında abidələrə baxıblar

CƏMİYYƏT

23 Oktyabr 2025 | 10:13

Beynəlxalq səyyahlar Şuşanın mərkəzi meydanında abidələrə baxıblar

Səkkiz ölkədən olan beynəlxalq səyyahlar Şuşaya gəliblər.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, səyyahlar şəhərin tarixi və görməli yerləri ilə tanış olacaqlar.

Onlar, həmçinin erməni işğalından azad olunmasından sonra şəhərdə aparılan bərpa prosesini görə biləcəklər.

Xatırladaq ki, "Extreme Travelers International Congress" (ETIC) klubunun səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahları 2 günlük avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə səyahətə başlayıblar.


SON XƏBƏRLƏR

22 Oktyabr 2025