• Bakı 18° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Biləsuvarda məktəb direktoru işdən çıxarılıb

CƏMİYYƏT

23 Oktyabr 2025 | 12:04

Biləsuvarda məktəb direktoru işdən çıxarılıb

Biləsuvarda məktəb direktoru işdən çıxarılıb.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirililib ki, daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbində araşdırma aparılıb. Araşdırma nəticəsində məktəbin direktoru Anar İmanovun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyi, təhsilverənlərin etik davranış qaydalarını, eyni zamanda mövcud təlimatların tələblərini pozduğu, bununla yanaşı, təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamınin pozulduğu aşkar edilib.

Aşkar edilmiş nöqsanlara görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmrinə əsasən, adıçəkilən məktəbin direktoru Anar İmanov ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilib.


SON XƏBƏRLƏR