Rusiya ABŞ-nin yeni sanksiyalarını əks-məhsuldar hesab edir.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
O, qeyd edib ki, ABŞ-nin birtərəfli sanksiyaları, o cümlədən Rusiya neft şirkətlərinə qarşı Rusiyanın Ukraynada münaqişənin sülh yolu ilə həllinə kifayət qədər sadiq qalmaması bəhanəsi ilə tətbiq edilib.
"Biz bu addımı xüsusən də Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olması baxımından tamamilə əks-məhsuldar hesab edirik", - deyə Zaxarova vurğulayıb.
Gülşən Şərif