• Bakı 17° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

"Atletik"in baş məşqçisi: "Qarabağ" bizə qol vuranda bunu sakit qarşıladım

İDMAN

23 Oktyabr 2025 | 00:01

Atletikin baş məşqçisi: Qarabağ bizə qol vuranda bunu sakit qarşıladım

"Qarabağ" "Atletik" (Bilbao, İspaniya) komandasına qol vuranda rəqib komandanın baş məşqçisi Ernesto Valverde bunu sakit tərzdə qarşılayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, "Atletik"in baş məşqçisi Ernesto Valverde mətbuat konfransında özü deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunundan sonra fikirlərini bölüşüb:

"Onlar bizə qol vuranda bunu sakit qarşıladım. Çünki qarşıda çox vaxt var idi. Hiss etdim ki, qarşılaşmaya həyəcanlı başladıq. Sanki birinci qoldan əvvəl ikincini vurmaq istəyirdik. Lakin sonradan ağıllı oynadıq və sürəti artırdıq. Bunun nəticəsində qollar vurmağa başladıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Sürətli tempi saxlamaq bir o qədər asan olmadı. Biz daha çox topa sahib olmaq istəyirdik və rəqib buna mane olmağa çalışırdı".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.


SON XƏBƏRLƏR

22 Oktyabr 2025