• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dohada Azərbaycanı 14 şahmatçı təmsil edəcək

İDMAN

20 Noyabr 2025 | 18:29 | Müəllif: Subhan Mahmudov

Dohada Azərbaycanı 14 şahmatçı təmsil edəcək

Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək.

Bakıvaxtı.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, yarışda Azərbaycan 14 şahmatçı ilə təmsil olunacaq.

Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvələrini sınayacaqlar.

Dekabrın 25-30-da keçiriləcək turnirin ümumi mükafat fondu 1 milyon avrodan artıqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR