• Bakı 17° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Kirayə qaldığı evdən çıxarılan alim vəfat etdi

CƏMİYYƏT

22 Oktyabr 2025 | 22:41

Kirayə qaldığı evdən çıxarılan alim vəfat etdi

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib.

Bakıvaxtı.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Qeyd edilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib.

Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi onu Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə o bir illik kirayə haqqını ödəməmişdi.

Qeyd edək ki, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və "Quran"ın rusca və azərbaycanca tərcüməçisidir.


SON XƏBƏRLƏR

22 Oktyabr 2025