Serbiya Brüsselin Rusiyaya qarşı sanksiyalarına qoşulmayana qədər Avropa Birliyinə üzv olmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin bu gün qəbul etdiyi qətnamədə bildirilib.
Qətnamə bir ildir korrupsiya və seçki saxtakarlığına qarşı etirazların davam etdiyi Serbiyada müxalifətə qarşı siyasi zorakılıq və repressiya məsələsinə toxunur. Avropa Parlamenti bu repressiyanı və etirazçılara qarşı güc tətbiqini pisləyib.
Bundan əlavə, parlament serb tələbələrinin və vətəndaşlarının dinc etiraz hüquqlarını dəstəkləməklə yanaşı, ölkədə demokratik islahatlara çağırır.