• Bakı 17° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Çempionlar Liqası: “Qarabağ” ilk məğlubiyyətini aldı - YENİLƏNİB - CANLI

İDMAN

22 Oktyabr 2025 | 22:51

Çempionlar Liqası: “Qarabağ” ilk məğlubiyyətini aldı - YENİLƏNİB - CANLI

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik Bilbao" (İspaniya) - "Qarabağ" oyunu başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, “San Mames” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xorvatiyadan olan baş hakim İqor Payaçın idarə etdiyi görüşdə qolları Leandro Andrade (46); Qorka Quruseta (40; 88), Robert Navarro (70) vurublar.

***

22:37

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabdakı üstünlüklərini bir qədər də möhkəmləndiriblər.

88-ci dəqiqədə Qorka Quruseta dubl müəllifi olub.

***

22:24

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar - 2:1.

70-ci dəqiqədə Robert Navarro fərqlənib.

***

21:56

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” görüşündə ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “San Mames” stadionunda keçirilən qarşılaşmada hesab 1:1-dir.

Görüşün ilk dəqiqəsində Ağdam klubun üzvü Leandro Andrade hesabı açıb. 40-cı dəqiqədə isə meydan sahiblərinin oyunçusu Qorka Quruseta bərabərlik qolunun müəllifi olub.

***

21:46

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” görüşündə ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, “San Mames” stadionunda keçirilən qarşılaşmada hesab bərabərdir - 1:1.

Görüşün ilk dəqiqəsində Ağdam klubunun futbolçusu Leandro Andrade hesabı açıb. 40-cı dəqiqədə isə meydan sahiblərinin oyunçusu Qorka Quruseta bərabərlik qolunun müəllifi olub.

***

21:31

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab bərabərləşib.

Bakıvaxtı.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda qonaqlar "status-kvo"nu bərpa edib - 1:1.

40-cı dəqiqədə Qorka Quruseta adını tabloya yazdırıb.

***

20:56

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” görüşündə hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, 1-ci dəqiqədə Leoandro Andradenin vurduğu qolla Ağdam klubu hesabı açıb.

***

***

20:49

İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, matç "San Mames" stadionunda keçirilir.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.


SON XƏBƏRLƏR