Avropa Komissiyasının sədri Ursula fon der Leyenin dəvəti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 23-24-də Brüsseldə rəsmi səfərdə olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb .
"Avropa paytaxtına səfər proqramına uyğun olaraq, Avropa İttifaqının əsas qurumlarının rəhbərləri ilə ikitərəfli danışıqlar planlaşdırılır ", - məlumatda deyilir.
Səfər zamanı Özbəkistan və Aİ arasında genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanacaq.
Yeni sazişin 1999-cu ildən qüvvədə olan köhnə müqaviləni əvəz edəcəyi gözlənilir. Bu məsələ ilə bağlı danışıqlar 2019-cu ildə başlayıb və 2022-ci ildə başa çatıb.