• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

DTX ilə Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi arasında saziş təsdiq edilib

SİYASƏT

21 Noyabr 2025 | 16:28

DTX ilə Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi arasında saziş təsdiq edilib

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, eləcə də qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026