• Bakı 14° C

    4.43 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

İran Azərbaycanla birgə Xəzər dənizində monitorinq aparmaq istəyir

SİYASƏT

21 Noyabr 2025 | 14:56

İran Azərbaycanla birgə Xəzər dənizində monitorinq aparmaq istəyir

Ehtimal ki, Tehran Konvensiyası tərəflərinin iclası may ayında keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Dəniz və Göl üzrə direktor müavini Əhmədrza Lahicanzadə bildirib.

Onun sözlərinə görə, Xəzəryanı dövlətlərin ətraf mühit nazirləri bu iclasda iştirak etmək üçün İrana səfər edəcəklər.

Direktor müavini Xəzər dənizinə qarşı əsas təhdidlərin, o cümlədən su səviyyəsinin azalması və çirklənmənin artması ilə bağlı müzakirələrin aparılacağını və iclas iştirakçılarının Xəzər dənizinin ekosisteminə kömək etmək üçün əməkdaşlıq edəcəyini qeyd edib.

“İran quru sərhədindən əlavə, dost və qonşu ölkə Azərbaycanla dəniz sərhədinə də malikdir ki, bu da Tehran və Bakının Xəzər dənizi üzrə əməkdaşlıq potensialını artırır”, - Əhmədrza Lahicanzadə vurğulayıb.

O əlavə edib ki, İran və Azərbaycan Xəzər dənizi üzrə əməkdaşlığı artırmalıdır.

Direktor müavini İran və Azərbaycan tədqiqatçılarının Xəzər dənizinin monitorinqini aparmasını və ortaq ərazidə çirklənməyə nəzarət etmək üçün fəaliyyətə başlamalarını təklif edib: “Bu, iki ölkə arasında məlumat mübadiləsində çox mühüm və təsirli ola bilər”.


SON XƏBƏRLƏR