• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

Donnarumma Premyer Liqa klubu ilə razılaşdı

İDMAN

24 Avqust 2025 | 12:30

Donnarumma Premyer Liqa klubu ilə razılaşdı

Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma İngiltərə "Mançester Siti" ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, hazırda Mançester təmsilçisi Paris klubu ilə transfer məbləğinin endirilməsi üçün danışıqlar aparır. PSJ italiyalı futbolçu üçün 50 milyon avro tələb edir.

Donnarummanın "Mançester Siti"yə keçidi Edersonun klubu tərk edib-etməməsindən asılıdır. Braziliyalı oyunçunun Türkiyə "Qalatasaray"ına transfer olacağı gözlənilir.

Qeyd edək ki, Canluici Donnarumma ötən mövsüm bütün turnirlərdə 47 matçda iştirak edib. Onun PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.


SON XƏBƏRLƏR

08 Oktyabr 2025